Türkiyə səfirliyi ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı paylaşım edib

Xarici siyasət
  • 12 dekabr, 2022
  • 06:32
Türkiyə səfirliyi ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı paylaşım edib
Heydər Əliyev

Türkiyənin Azərbaycandakı səfirliyi ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, diplomatik nümayəndəliyin tiviter səhifəsində edilən paylaşımda deyilir:

“Görkəmli dövlət xadimi, müstəqil və müasir Azərbaycanın qurucusu, mənalı həyatını öz xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevi vəfatının 19-cu ildönümündə dərin hörmət və ehtiramla yad edirik. Ulu öndərin ruhu şad, məkanı cənnət olsun!”