​Türkiyə prezidenti Azərbaycana aprelin 26-da səfər edəcək

Xarici siyasət
  • 19 aprel, 2016
  • 17:09
​Türkiyə prezidenti Azərbaycana aprelin 26-da səfər edəcək

Bakı. 19 aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana aprelin 26-də səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə Türkiyə Prezident Administrasiyası Protokol xidmətinin nümayəndəsi məlumat verib.

Bundan əvvəl Ərdoğanın Bakıya aprelin 25-27-si tarixlərində - BMT forumunun keçiriləcəyi müddət ərzində səfər edəcəyi bildirilmişdi.

"Prezident Ərdoğan Bakıya aprelin 26-da BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak üçün səfər edəcək", — deyə agentliyin həmsöhbəti bildirib.

Bundan əvvəl Türkiyə prezidentinin Azərbaycana səfəri 17 fevral və 13 mart tarixlərində Ankarada törədilən terror aktları səbəbindən iki dəfə təxirə salınıb.

44 - Tezliklə