TDT-nin Baş katibi Macarıstanın xarici işlər və ticarət naziri ilə görüşüb

Xarici siyasət
  • 13 yanvar, 2023
  • 07:45
TDT-nin Baş katibi Macarıstanın xarici işlər və ticarət naziri ilə görüşüb

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə qurumun tviterində yazılıb.

Tərəflər təşkilat daxilindəki əməkdaşlığı və gündəlikdə olan digər məsələləri müzakirə ediblər.

Qeyd edək ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.

44 - Tezliklə