Tailand səfiri: Azərbaycanın multikultural təcrübəsini öyrənmək istəyirik
- 30 sentyabr, 2025
- 14:23

Tailand Azərbaycanda müxtəlif xalqların birgə harmonik yaşayışı haqqında məlumat almağa maraqlıdır.
Bunu "Report"un Türkiyə bürosuna müsahibəsində Tailand Krallığının iqamətgahı Ankarada olan Azərbaycan, Türkiyə, Türkmənistan, Gürcüstan, Şimali Makedoniya üzrə səfiri Apirat Suqondhabhirom deyib.
"Keçən ilin sentyabrında nazirliyin Siyasət və Planlaşdırma Departamentindən nümayəndə heyəti Bakıya səfər etdi. Xüsusilə, cəmiyyətinizdə mövcud olan müxtəlifliyə, multikultural harmoniyaya hörmət, ölkənizdə müsəlmanlar, yəhudilər, xristianların bir arada yaşaması təcrübəsi öyrənmək istənilir. Azərbaycandakı Atəşgah məbədi bizi cəzb edir. Yeri gəlmişkən, əvvəllər Atəşgahda olmamışdım, nəhayət, bu dəfə oranı ziyarətə getdim", - deyə səfir qeyd edib.
Müsahibənin tam versiyası ilə buradan tanış ola bilərsiniz.