Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Digər ölkələr
  • 14 oktyabr, 2026
  • 23:15
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada şagirdlərin ölkə üzrə etiraz aksiyalarına başladığı vaxtdan indiyədək hüquq-mühafizə orqanları əməkdaşları təxminən 8 min nəfəri saxlayıblar.

"Report"un BFMTV telekanalına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına əsasən, saxlanılanların sayı hazırda 7 950 nəfər təşkil edir.

Saxlanılanların böyük əksəriyyəti – 85 faizi yetkinlik yaşına çatmayanlardır. Barəsində həbs qətimkan tədbiri seçilmiş 26 nəfərin isə 65 faizi yetkinlik yaşına çatıb.

Yuxarı sinif şagirdlərinin etirazları sentyabrın sonunda İl-de-Frans regionunda başlayıb və qısa müddətdə bütün Fransaya yayılıb.

Aksiya iştirakçıları müəllim çatışmazlığına və dərs cədvəllərinin həddindən artıq yüklənməsinə etiraz edirlər. Bununla belə, bəzi regionlarda nümayişlər iğtişaşlara və polislə toqquşmalara çevrilib.