Pentaqon Latın Amerikasına 600 hərbçi göndərir
- 15 oktyabr, 2026
- 02:06
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ narkokartellərə qarşı əməliyyatları genişləndirmək çərçivəsində 10-cu Dağ Atıcı Diviziyasının (Nyu-York ştatının Fort-Dram bazasında yerləşir) təxminən 600 hərbçisini Latın Amerikasına göndərir.
"Report"un "The New York Times" qəzetinə istinadən verdiyi məlumata görə, təxminən 600 nəfərdən ibarət batalyon artıq Panamada yerləşdirilməyə başlayıb. Bundan əlavə, amerikalı hərbçilərin Kolumbiya və Hondurasda təlim keçəcəyi gözlənilir.
Onların narkotik alverçilərinə qarşı yönəlmiş xüsusi əməliyyatlara dəstək verməsi də istisna edilmir.
Paralel olaraq, Pentaqon MQ-9 Reaper pilotsuz uçuş aparatlarını Kolumbiya və Ekvadora göndərib. ABŞ hərbçiləri, həmçinin gəmilərdən qurudakı hədəflərə zərbələrin genişləndirilməsi imkanlarını nəzərdən keçirirlər.