Səfir: Səudiyyə Ərəbistanı WUF13-də "Saudi Vision 2030" proqramının nailiyyətlərini təqdim edəcək
- 12 may, 2026
- 15:02
Yeniliklərdən dərhal xəbərdar olun!
Səudiyyə Ərəbistanı Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirakını Azərbaycanla münasibətlərin yüksək səviyyəsinin və krallığın beynəlxalq platformalarda fəal iştirakının əksi kimi qiymətləndirir.
"Report" SPA agentliyinə istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh Əl-Cuteyli bəyan edib.
Diplomatın sözlərinə görə, qarşıdakı forum "Saudi Vision 2030" proqramı çərçivəsində krallığın şəhər inkişafı, memarlıq və həyat keyfiyyətinin yüksəldilməsi sahəsindəki nailiyyətlərinin nümayişi üçün mühüm platforma olacaq.
Səfir həmçinin vurğulayıb ki, WUF13 dayanıqlı şəhər inkişafı və mənzil siyasəti məsələləri üzrə dünyanın aparıcı platformalarından biridir:
"Forum müasir urbanistik çağırışların həllində təcrübələrin mübadiləsi üçün hökumətləri, beynəlxalq təşkilatları və ekspertləri bir araya gətirir".
Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.