FIFA reytinqi: Azərbaycanın qadınlardan ibarət millisinin mövqeyi dəyişməyib

Futbol
  • 20 oktyabr, 2026
  • 13:35
FIFA reytinqi: Azərbaycanın qadınlardan ibarət millisinin mövqeyi dəyişməyib

Azərbaycanın qadınlardan ibarət futbol millisinin FIFA reytinqindəki mövqeyi dəyişməyib.

"Report"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv hazırda 1317.93 xalla 75-ci sıradadır.

Siyahıya İspaniya seçməsi (2121.50) başçılıq edir.

ABŞ (2042.38) ikinci, Almaniya (2034.62) üçüncü pillədə qərarlaşıb.