Səfir: "Narkotiklərlə mübarizədə Azərbaycan ABŞ-ın ən uğurlu tərəfdaşlarından biridir"

Xarici siyasət
  • 15 aprel, 2019
  • 06:09
Səfir: Narkotiklərlə mübarizədə Azərbaycan ABŞ-ın ən uğurlu tərəfdaşlarından biridir
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer
Report/ Elchin Murad

"Dünyada narkotiklərlə mübarizədə Azərbaycan bizim üçün dəyərli tərəfdaşdır. Azərbaycan bu istiqamətdə böyük rol oynayır. Ona görə də Azərbaycan ABŞ-ın ən uğurlu tərəfdaşlarından biridir".

"Report" xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransında (IDEC) çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan çox bacarıqlı şəkildə İDEC-ə rəhbərlik edir: "Mən Azərbaycana cəmi 1 aydır gəlmişəm. Bu bir ay ərzində bir məsələnin şahidi olmuşam ki, Azərbaycan əhalisi qonaqpərvərdir. Hamımız narkotiklərlə mübarizənin mahiyyətini anlayırıq. Mən əminəm ki, biz birlikdə bu mübarizədə böyük uğurlara imza atacağıq".