Şarp: Münaqişələrdən sonra şəhərlərin bərpası sosial əlaqələr qurulmadan mümkün deyil
- 22 may, 2026
- 11:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Münaqişələr nəticəsində zərər görmüş şəhərlərin bərpası yalnız infrastrukturun yenidən qurulması ilə məhdudlaşa bilməz - sosial əlaqələrin və icmaların dirçəldilməsi də eyni dərəcədə vacibdir.
"Report"un məlumatına görə, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) məsləhətçisi Din Şarp WUF13 çərçivəsində bəyan edib.
Onun sözlərinə görə, davam edən münaqişələr şəraitində geniş siyasi çərçivələr və sülh sazişləri olmadan yenidənqurma qeyri-mümkündür.
"Siyasi razılaşmalar və sülh sazişləri olmadan münaqişələrdən sonrakı bərpa ilə bağlı bir çox problemləri həll etmək son dərəcə çətin olacaq", - deyə ekspert vurğulayıb.
Şarp həmçinin ona diqqət çəkib ki, beynəlxalq müzakirələrdə yerli icmaların rolu çox vaxt ideallaşdırılır.
"Anlamaq lazımdır ki, münaqişə şəraitində icmaların özləri çox vaxt dağılmış, sosial əlaqələr isə son dərəcə zəifləmiş olur", - deyə ekspert bildirib.