Sarayevoda Vətən müharibəsi şəhidləri anılıb

Xarici siyasət
  • 26 sentyabr, 2026
  • 20:57
Sarayevoda Vətən müharibəsi şəhidləri anılıb

27 Sentyabr – Anım Günü münasibətilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevodakı Dostluq Parkında Xocalı və Srebrenitsa qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksi ziyarət olunub.

"Report"un Balkan bürosu xəbər verir ki, Azərbaycan Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev, səfirlik əməkdaşları türkiyəli həmkarları ilə birlikdə abidənin önünə gül dəstələri qoyublar.

Ziyarət zamanı həyatını itirən şəhidlərin ruhlarına dualar oxunub.