Deputat: Hövsan kanalının açıq vəziyyətdə olması sakinlərin gündəlik həyatına mənfi təsir göstərir

Milli Məclis
  • 17 noyabr, 2026
  • 12:07
Deputat: Hövsan kanalının açıq vəziyyətdə olması sakinlərin gündəlik həyatına mənfi təsir göstərir

Hövsan kanalının açıq vəziyyətdə olması sakinlərin gündəlik həyatına mənfi təsir göstərir.

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Bakının Suraxanı rayonunda yerləşən Hövsan kanalının açıq vəziyyətdə olması sakinlərin gündəlik həyatına mənfi təsir göstərir. Məişət və texniki suların Xəzər dənizinə axıdılması isə ekoloji problem yaradır. Kanalın yenidən qurulması və müasir təmizləyici qurğuların inşası məsələsinə xüsusi diqqət yetirilməlidir", - deputat qeyd edib.