Sandu: Moldova Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır

Xarici siyasət
  • 12 noyabr, 2026
  • 13:56
Sandu: Moldova Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır

Moldova Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır.

"Report"un Dublinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Moldova Prezidenti Maya Sandu Avropa Siyasi Birliyinin sammitindən əvvəl jurnalistlərə bildirib.

"Biz enerji sahəsində əməkdaşlıqda maraqlıyıq. Enerji hamımız, xüsusilə Moldova üçün hələ də böyük problem olaraq qalır", - Sandu bildirib.

O vurğulayıb ki, son illərdə Moldova enerji resurslarının tədarükünün şaxələndirilməsi və Rusiyadan asılılığın azaldılması istiqamətində mühüm islahatlar həyata keçirib.

"Biz konstruktiv müzakirələrə və həll yollarının tapılmasına ümid edirik", - prezident əlavə edib.

Cənubi Qafqazdakı vəziyyətə toxunan Sandu bütün ölkələrdə sülhün bərqərar olmasında maraqlı olduğunu qeyd edib.

"Mən bu məqsədə çatmağa kömək edən istənilən müzakirə və səyləri alqışlayıram", - o deyib.

44 filmi