"Real", PSJ və "Arsenal" Joan Qadu ilə maraqlanır

Futbol
  • 12 noyabr, 2026
  • 14:01
Real, PSJ və Arsenal Joan Qadu ilə maraqlanır

Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbolçusu Joan Qadu Avropanın bir sıra böyük klublarının diqqətini çəkib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, 19 yaşlı müdafiəçi ilə İspaniyanın "Real", Fransanın PSJ və İngiltərənin "Arsenal" klubları maraqlanır.

Bundesliqa təmsilçisi hazırda gənc oyunçunu satmağı düşünmür. "Borussiya" onu uzun müddət heyətində saxlamağı planlaşdırır.

Xatırladaq ki, yayda Avstriyanın "Zaltsburq" klubundan "Borussiya"ya keçən futbolçu cari mövsüm 15 matçda meydanda olub.