Azərbaycan və Türkiyə spikerləri Məhəmməd İqbalın məqbərəsini ziyarət ediblər
Xarici siyasət
- 14 oktyabr, 2025
- 16:32
Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Pakistanın mənəvi qurucusu, ictimai-siyasi xadimi, filosofu və şairi Əllamə Məhəmməd İqbalın məqbərəsini ziyarət ediblər.
"Report" xəbər verir ki, Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədi ilə Pakistanda səfərdə olan spikerlər Lahor şəhərini ziyarət zamanı məqbərənin önünə əklil qoyub, xatirə kitabını imzalayıblar.
Daha sonra Badşahi məscidinə baş çəkən qonaqlar, burada Pakistanın tarixi keçmişinin və dini irsinin əzəmətini seyr ediblər.
Səfərin davamında nümayəndə heyətləri Pəncab Əyalət Məclisinə gələrək məclisin inzibati binası və burada yaradılan şəraitlə tanış olublar.
Son xəbərlər
00:38
Video
"Babalarımız üç dəfə İran-Türkiyə ərazilərinə qaçqın düşüb" - Qərbi Azərbaycan Xronikası
Daxili siyasət00:01
Video
Prezident İlham Əliyev Qubadlının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
Daxili siyasət00:00
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
Qarabağ23:53
"Liverpul" klubunda sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib
Futbol23:51
Fransa Ukraynaya qoşun göndərməyə hazırdır
Digər ölkələr23:37
Niderland Aİ-ni "Lukoil" və "Rosneft"ə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Digər ölkələr23:24
ABŞ Kolumbiya prezidentinə qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr23:10
Almaniya Türkiyənin "Eurofighter" qırıcılarını almasına mane olmayacaq
Region22:50