Sahibə Qafarova Sinqapurda səfərdədir
Xarici siyasət
- 14 may, 2024
- 07:12
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Sinqapura rəsmi səfərə gəlib.
Bu barədə "Report"a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
“Sinqapur Çanqi” Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Azərbaycanın İndoneziyadakı səfiri Cəlal Mirzəyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində spikerin Sinqapurda bir sıra rəsmi görüşləri nəzərdə tutulub.
Nümayəndə heyətinə deputatlar Məşhur Məmmədov, Səttar Möhbalıyev, Cavanşir Paşazadə, Nurlan Həsənov, parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildir.
Son xəbərlər
00:21
Foto
Cəlilabadda transformator partlayıb, yanğın baş verib
Hadisə00:13
Məsud Pezeşkian: İranın region ölkələri ilə münasibətləri yaxşılaşır
Region23:57
ABŞ-da qırıcılar Trampın qolf klubu üzərində təyyarələri ələ keçirib
Digər ölkələr23:34
Almaniya dronlarla mübarizə üzrə xüsusi bölmənin sayını ikiqat artıracaq
Digər ölkələr23:17
Kanadada meşə yanğınları səbəbindən insanlar helikopterlərlə təxliyə edilir
Digər ölkələr22:47
Britaniyada 30 dərəcədən yuxarı temperatur günlərinin sayında rekord qeydə alınıb
Digər ölkələr22:25
İranda Milli Təhlükəsizlik Şurasına katib təyin edilib
Region22:09
Tramp İranla razılaşma əldə olunması perspektivlərini şərh edib
Digər ölkələr21:45