Sahibə Qafarova: “Qoşulmama Hərəkatı postpandemiya dövründə bərpada mühüm rol oynayır”
- 02 mart, 2023
- 12:06
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qoşulmama Hərəkatı postpandemiya dövründə bərpada mühüm rol oynayır”.
"Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib.
O, bugünkü sammitdə postpandemiya ilə bağlı problemlərin həlli üçün yeni təşəbbüslərin irəli sürüləcəyinə ümid etdiyini bildirib.
S.Qafarova xatırladıb ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib və onun ilk iclası 2022-ci ilin iyununda Bakıda keçirilib.
Xatırladaq ki, martın 13-də Manamada Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin növbəti iclası keçiriləcək.