PSJ hücum xəttini gücləndirmək üçün İbrahim Mazanı transfer etməyi planlaşdırır

Futbol
  • 23 oktyabr, 2026
  • 16:04
PSJ hücum xəttini gücləndirmək üçün İbrahim Mazanı transfer etməyi planlaşdırır

Fransanın PSJ klubu qış transfer dönəmində hücum xəttini gücləndirməyi planlaşdırır.

"Report" "Goal.com"a istinadən xəbər verir ki, Paris təmsilçisi Xviça Kvaratsxeliyanın çarpaz bağlarının qopması səbəbindən Almaniya təmsilçisi "Bayer 04"ün futbolçusu İbrahim Mazanı heyətinə qatmaq niyyətindədir.

Ölkə çempionunun 20 yaşlı yarımmüdafiəçiyə görə 50 milyon avroluq təklif göndərəcəyi gözlənilir.

Bundesliqa klubu daha əvvəl "Atletiko", "Mançester Siti" və "Arsenal"dan gələn sorğuları rədd edib və oyunçunun müqaviləsinin müddətinin uzadılması üçün danışıqlar aparır.

Xatırladaq ki, İbrahim Maza cari mövsüm 8 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

44 filmi