Rumıniyalı nazir ABŞ səfiri ilə Qara dənizdə təhlükəsizlik məsələsini müzakirə edib

Digər ölkələr
  • 23 oktyabr, 2026
  • 16:34
Rumıniyalı nazir ABŞ səfiri ilə Qara dənizdə təhlükəsizlik məsələsini müzakirə edib

Rumıniyanın milli müdafiə naziri Ştefan-Radu Oprea ABŞ-nin bu ölkədəki səfiri Darril Nirenberqlə Qara dənizdəki vəziyyəti və NATO-nun Şərq cinahında müdafiə qabiliyyətinin gücləndirilməsi üzrə birgə səylərin göstərilməsi məsələsini müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Rumıniya mediası məlumat yayıb.

"Qara dəniz regionunda təhlükəsizlik vəziyyətinin davamlı olaraq pisləşməsi kontekstində Ştefan-Radu Oprea təhdidlərin artması ilə əlaqədar hava hücumundan müdafiənin, pilotsuz sistemlərə qarşı mübarizə potensialının gücləndirilməsinin və kritik infrastrukturun qorunmasının vacibliyini vurğulayıb", - nazirliyin yaydığı məlumatda qeyd edilib.