Sadır Japarov Bişkekdə TDT-nin dini liderlərini qəbul edib
- 11 sentyabr, 2025
- 13:14

Qırğızıstan Prezidenti Sadır Japarov Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının üzvlərini qəbul edib.
"Report" xəbər verir ki, bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev "X"də yazıb.
"TDT Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının üzvləri ilə birlikdə Prezident Sadır Japarov tərəfindən qəbul edilmək mənim üçün şərəf oldu. Biz sülh, ədalət və qardaşlıq kimi ümumbəşəri islam dəyərlərini qorumaqla yanaşı, Türk dövlətləri arasında birliyə və həmrəyliyə sadiqliyimizi bir daha təsdiqlədik",-deyə o vurğulayıb.
Honored to be received by H.E. President Sadyr Japarov in Bishkek, together with the Council of Heads of Muslim Religious Boards of the OTS. We reaffirmed our commitment to unity and solidarity among Turkic States, while upholding the universal Islamic values of peace, justice,… pic.twitter.com/0457E8sZ3m
— Amb. Kuban OMURALIEV (@KubanOmurali) September 11, 2025