Rusiyanın Tatarıstan Respublikasının prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Xarici siyasət
  • 13 aprel, 2015
  • 13:19
Rusiyanın Tatarıstan Respublikasının prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Bakı. 13 aprel. REPORT.AZ/ Rusiya Federasiyasının Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanov aprelin 13-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda prezident Rüstəm Minnixanovu Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov və digər rəsmi şəxslər qarşılayıblar.