Luis Suares "Sportinq"in UEFA Çempionlar Liqasındakı rekordçusu olub

Futbol
  • 14 oktyabr, 2026
  • 17:39
Luis Suares Sportinqin UEFA Çempionlar Liqasındakı rekordçusu olub

Portuqaliyanın "Sportinq" klubunun kolumbiyalı hücumçusu Luis Suares UEFA Çempionlar Liqasının hazırkı formatında komanda tarixinin ən yaxşı bombardiri olub.

"Report" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı forvard buna liqa mərhələsinin II turunda Fransanın "Lans" klubunu 2:0 hesabı ilə məğlub etdikləri səfər matçında fərqlənməklə nail olub.

Səfər görüşünün 22-ci dəqiqəsində hesabı açan L.Suares Çempionlar Liqasında "Sportinq"in heyətində 7-ci qolunu vurub. O, bununla da daha əvvəl hesabında 6 qol olan Liedson, Fransişku Trinkan və Viktor Dyekereşi geridə qoyaraq siyahıda birinci pilləyə yüksəlib.

L.Suares 2025-ci ilin yayında İspaniyanın "Almeriya" klubundan "Sportinq"ə keçib. Ötən mövsüm Çempionlar Liqasında 5 qol vuran futbolçu Portuqaliya çempionatında 28 dəfə fərqlənərək turnirin ən yaxşı bombardiri olub.

O, ümumilikdə 2025/2026 mövsümündə komandanın heyətində keçirdiyi 53 matçda 38 qola imza atıb.