Nazir müavini: "Laosun Orta Dəhlizə qoşulmasını təmin etməliyik"

İnfrastruktur
  • 14 oktyabr, 2026
  • 17:36
Nazir müavini: Laosun Orta Dəhlizə qoşulmasını təmin etməliyik

Cənub-Şərqi Asiya və Xəzər regionunun nəqliyyat arteriyalarının inteqrasiyası həqiqətən də Laos və Azərbaycanı ən vacib tranzit körpülərə çevirərək Avrasiyanın logistik zəncirlərini kökündən dəyişdirmək iqtidarındadır.

Bu barədə "Report"a müsahibəsində Laosun sənaye və ticarət nazirinin müavini Manotonq Vonqsay bildirib.

Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər nazirliklərin və digər qurumların Çin-Laos dəmir yolu marşrutu ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) birləşdirilməsi zərurəti barədə təkliflərini artıq müzakirə ediblər: "Bu marşrutların birləşdirilməsi imkanlarını araşdırmaq lazımdır".

Nazir müavini qeyd edib ki, Laos üçün ASEAN (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası) ölkələri arasında malların daha səmərəli hərəkətini təmin etmək, Laosu nəqliyyat qovşağı kimi istifadə etmək, həmçinin Çin və Xəzər nəqliyyat regionu vasitəsilə dünyanın digər hissələri ilə logistik əlaqələri inkişaf etdirmək vacibdir: "Buna görə də bu marşrutların inteqrasiyası imkanlarının öyrənməyi və hansı praktiki həllərin belə bir potensialı reallaşdırmağa imkan verəcəyini müəyyənləşdirməyi zəruri hesab edirik".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.