​Rusiyanın Azərbaycandakı səfirliyində Primakovun vəfatı ilə bağlı başsağlığı kitabı açılacaq

Xarici siyasət
  • 29 iyun, 2015
  • 09:03
​Rusiyanın Azərbaycandakı səfirliyində Primakovun vəfatı ilə bağlı başsağlığı kitabı açılacaq

Bakı. 29 iyun. REPORT.AZ/ Rusiyanın Azərbaycandakı səfirliyində tanınmış dövlət xadimi, Rusiyanın keçmiş baş naziri Yevgeni Primakovun vəfatı ilə əlaqədar başsağlığı kitabı açılacaq. Rusiyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, başsağlığı kitabına iyunun 29-da saat 15.00-dan 17:00-dək, iyunun 30-da isə saat 11:00-dan 13.00-dək mərhum haqqında ürək sözlərini qeyd etmək olar.

Xatırladaq ki, Yevgeni Primakov iyunun 26-da 86 yaşında Moskvada vəfat edib.

Hazırda Primakov ilə vida mərasimi Moskvanın ittifaqlar evinin Sütunlu salonunda keçirilir. Vida mərasimindən sonra, mərhum Novodeviçi qəbiristanlığında dəfn olunacaq. 

44 filmi