Macarıstan və ABŞ Avropaya LNG təchizatı ilə bağlı memorandum imzalayıblar
- 30 oktyabr, 2026
- 00:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Macarıstan və ABŞ Amerika mayeləşdirilmiş təbii qazının (LNG) Avropaya tədarükü ilə bağlı anlaşma memorandumu imzalayıblar.
"Report"un məlumatına görə, Macarıstanın xarici işlər naziri Anita Orban bu barədə Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşünün yekunlarına əsasən "Facebook" hesabında yazıb.
"ABŞ dövlət katibi Marko Rubio ilə iki mühüm əməkdaşlıq müqaviləsi imzaladıq. "Trump Peace Pipelines Framework" çərçivəsində təbii qaz və xam neftin daşınması üçün regional infrastrukturun inkişafında əməkdaşlığı gücləndiririk. İkinci müqavilə hüquq-mühafizə orqanları ilə əməkdaşlığı genişləndirməyi və radikal təşkilatlar tərəfindən törədilən cinayətlər barədə məlumat mübadiləsini hədəfləyir", - paylaşımda bildirilib.
"Trump Peace Pipelines Framework" proqramı Mərkəzi və Şərqi Avropada enerji infrastrukturunun inkişaf etdirilməsinə, o cümlədən qaz boru kəmərləri şəbəkəsinin genişləndirilməsinə və Amerika mayeləşdirilmiş təbii qazının qəbulu üçün lazım olan gücün yaradılmasına yönəlib.