Rusiyalı rejissor: "Moskva bəyannaməsi Azərbaycanla Rusiyanın əməkdaşlığına təkan verəcək"
- 23 fevral, 2022
- 13:35
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azərbaycan və Rusiya prezidentlərinin imzaladığı müttəfiqlik fəaliyyəti bəyannaməsindəki 40-dan artıq bəndin icrası iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə təkan verəcək".
Bu fikirləri “Report”un Rusiya bürosuna rusiyalı rejissor, prodüser Timur Vaynşteyn bildirib.
“Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasındakı görüş çox əhəmiyyətlidir. Çünki iki ölkənin münasibətləri ölkə liderləri arasındakı münasibətlərdən başlayır” – deyən rusiyalı rejissor imzalanmış bəyannamənin böyük əhəmiyyət daşıdığını vurğulayıb: “İstərdim ki, iki ölkə arasında münasibətlər yalnız inkişaf etsin, indiki kimi mehriban olsun”.
Xatırladaq ki, fevralın 22-də Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin müttəfiqlik fəaliyyətinə dair bəyannamə imzalayıblar. Bu sənəddə müxtəlif sahələri əhatə edən 40-dan çox bənd var.