Rubio ərzaq ticarətindən siyasi təzyiq üçün istifadə etməməyə çağırıb
- 01 noyabr, 2026
- 00:09
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Dövlət katibi Marko Rubio ərzaq və kənd təsərrüfatı məhsulları ticarətindən digər dövlətlərə qarşı iqtisadi və ya siyasi təzyiq aləti kimi istifadə edilməsinin yolverilməz olduğunu bildirib.
"Report" xəbər verir ki, bu barədə ABŞ diplomatiyası rəhbərinin Atlantada G20 ölkələrinin xarici işlər nazirlərinin görüşünün yekunlarına dair yazılı bəyanatında deyilir.
Rubio qeyd edib ki, ərzaq tədarükü zəncirlərindən digər ölkələrə təzyiq vasitəsi kimi istifadə edilməsi dünya ticarətinin artan problemlərindən birinə çevrilir.
Onun sözlərinə görə, söhbət hökumətlərin digər dövlətləri bilavasitə ticarətlə bağlı olmayan məsələlərdə güzəştə getməyə məcbur etmək üçün ərzaq tədarükünü qəsdən ləngitdiyi, dayandırdığı və ya blokladığı hallardan gedir.
"Dünya birliyinin ərzaq və kənd təsərrüfatı məhsulları ticarətindən iqtisadi və ya siyasi təzyiq vasitəsi kimi istifadə edilməməsi ilə bağlı vahid fikrə gəlməsi vacibdir", - dövlət katibi vurğulayıb.
Rubio həmçinin bildirib ki, G20 görüşünün iştirakçıları ərzaq təhlükəsizliyinin, kritik əhəmiyyətli mineralların tədarük zəncirlərinin davamlılığının və gəmiçilik azadlığının təmin edilməsinin vacibliyini qəbul ediblər.