İranda baş verən yol qəzasında doqquz nəfər həlak olub

Region
  • 01 noyabr, 2026
  • 01:21
İranda baş verən yol qəzasında doqquz nəfər həlak olub

İranın İsfahan əyalətinin Kaşan şəhərində baş verən avtomobil qəzasında doqquz nəfər həlak olub.

"Report" "Tasnim" agentliyinə istnadən xəbər verir ki, şəhər ərazisində yük maşını iki minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində doqquz nəfər ölüb.

"Şənbə günü axşam saatlarında qədim Kəşan–Qum avtomobil yolunda yük maşınının "Samand" və "Peugeot Pars" markalı avtomobillərlə toqquşması nəticəsində 9 nəfər həlak olub", - agentlik Qızıl Aypara Cəmiyyətinin açıqlamasından sitat gətirib.

Hadisənin təfərrüatları barədə məlumat paylaşılmayıb.

44 filmi