Rusiya xarici işlər nazirinin müavini Azərbaycana gələcək

Xarici siyasət
  • 08 may, 2018
  • 10:46
Rusiya xarici işlər nazirinin müavini Azərbaycana gələcək

Bakı. 8 may. REPORT.AZ/ Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bu həftə Azərbaycana səfər edəcək.

Rusiyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, Q.Karasin mayın 10-da Bakıda "Heydər Əliyev: Şəxsiyyət. Missiya. İrs" adlı Rusiya-Azərbaycan tarixi-sənədli sərgisinin açılışına qatılacaq.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti və Rusiya Federasiyasının Prezidenti administrasiyaları tərəfindən keçiriləcək.

44 filmi