Rusiya-Ukrayna münaqişəsində 200 minə yaxın şəxs itkin düşüb
- 09 oktyabr, 2025
- 13:13

Davam edən Rusiya-Ukrayna münaqişəsində 200 minə yaxın şəxs itkin düşüb.
"Report" xəbər verir ki, bunu Ukrayna Ali Radasının İnsan Hüquqlarını üzrə Komissarı Dimtro Lubinets Bakıda "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında deyib.
O bildirib ki, münaqişə bitəndən sonra Ukraynada itkin düşmüş şəxslərin sayı liə bağlı dəqiq rəqəmlər məlum olacaq:
"Biz həmin şəxslərin taleyinə aydınlıq gətirilməsi istiqamətində beynəlxalq köməyə ehtiyac olduğunu düşünürük"
Komissar itkin düşmüş şəxslərlə bağlı Ukrayna, Azərbaycan və idigər mümkün ölkələrlə birgə işçi qrupu yaradılmasını təklif edib
"Azərbaycanın bu sahədə böyük təcürübəsi var. Biz də bu təcrübədən yararlanmaq istətirik. İtkin düşmüş şəxslər unudulmuş insanlar olmamalıdır. Bu istiqamətdə fasiləsiz işlər görməliyik. İtkin düşmə halı daha çox müharibə, sonra isə miqrasiya, fəlakətlər nəticəsində yaranır. İtkin düşmə halı olduqda, yalnız beynəlxalq əməkdaşlıq cəhdləri bu faciənin həllinə töhfə verə bilər. Bu, sərhədləri aşan ciddi bir problemdir".