Ramil Usubov BƏƏ Daxili İşlər Nazirliyinin Baş İdarəsinin rəhbəri ilə görüşüb

Xarici siyasət
  • 28 mart, 2017
  • 17:07
Ramil Usubov BƏƏ Daxili İşlər Nazirliyinin Baş İdarəsinin rəhbəri ilə görüşüb
Courtesy İmage

Bakı. 28 mart. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) işçi səfərdə olan daxili işlər naziri Ramil Usubov BƏƏ Daxili İşlər Nazirliyinin Mühafizə və Xüsusi Təyinatlı Baş İdarəsinin rəhbəri ilə görüşüb.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən "Report"a verilən xəbərə görə, nazir baş idarənin fəaliyyəti və BƏƏ xüsusi təyinatlılarının avadanlıqları ilə tanış olub.

Görüşdə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.