Mövlud Çavuşoğlu: Qlobal Bakı Forumu ilə Antalya Forumu arasında əməkdaşlıq imkanları müzakirə ediləcək

Xarici siyasət
  • 13 mart, 2025
  • 09:29
Mövlud Çavuşoğlu: Qlobal Bakı Forumu ilə Antalya Forumu arasında əməkdaşlıq imkanları müzakirə ediləcək

Antalya Diplomatiya Forumu Qlobal Bakı Forumu ilə əməkdaşlığı gücləndirmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu Türkiyənin NATO PA-da nümayəndə heyətinin rəhbəri, deputat Mövlud Çavuşoğlu XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Qlobal Bakı Forumunda dünyanın üzləşdiyi reallıqlar müzakirə ediləcək: 

"Azərbaycan dəvət edirsə, mövzudan asılı olmayaraq, həmin tədbirə qatılmaq borcumuzdur. Qlobal Bakı Forumu ilə Antalya Diplomatiya Forumu arasında əməkdaşlığı gücləndirmək niyyətimiz var. Bu əməkdaşlıq perspektivləri tədbir çərçivəsində müzakirə olunacaq”.