Sankt-Peterburqda beş nəfər meymunçiçəyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib
- 17 oktyabr, 2026
- 03:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Sankt-Peterburq şəhərində beş nəfər meymun çiçəyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib və tibbi müayinə altındadır.
"Report"un "İnterfaks"a istinadən xəbərinə görə, bu barədə "Rospotrebnadzor"un Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Regionlararası İdarəsi məlumat verib.
"Beş nəfər xəstəxanaya yerləşdirilib və tibbi müşahidə altındadır. Dezinfeksiya üçün göstəriş verilib", - agentlik quruma əsasən bildirib.
Qeyd olunur ki, "Rospotrebnadzor"un mütəxəssisləri meymunçiçəyinə yoluxma ehtimalı barədə məlumat aldıqdan sonra dərhal sanitar-epidemioloji araşdırmaya başlayıblar.
Daha əvvəl, Moskva vilayətində meymunçiçəyinə yoluxma ehtimalı olan xəstə ilə təmasda olan beş nəfər xəstəxanaya yerləşdirilib.