Rusiya Baş nazirinin müavini ölkədə benzin qıtlığı ilə bağlı vəziyyəti gərgin adlandırıb

Region
  • 17 oktyabr, 2026
  • 02:18
Rusiya Baş nazirinin müavini ölkədə benzin qıtlığı ilə bağlı vəziyyəti gərgin adlandırıb

Rusiyanın daxili bazarında avtomobil benzininin çatışmazlığı hazırda təxminən 5 %-dir.

"Report"un məlumatına görə, bu barədə Baş nazirin müavini Aleksandr Novak "Vesti"yə Rusiya enerji həftəsi çərçivəsində bildirib.

"Avtomobil benzininə gəldikdə, daxili bazar hazırda olduqca gərgin olaraq qalır. Bazarda qismən çatışmazlıq var - təxminən 5 %", - Novak deyib.

O, vəziyyəti həll etmək üçün görülən tədbirlər kimi neft emalı həcmlərinin artırılmasını, neft emalı zavodlarının təmirinin təxirə salınmasını və benzin idxalını göstərib.

"Düşünürəm ki, vəziyyət yaxşılaşmağa davam edəcək", - Baş nazirin müavini deyib.