Qambiya paytaxtının meri Azərbaycana minnətdarlığını bildirib

Xarici siyasət
  • 22 may, 2026
  • 16:16
Qambiya paytaxtının meri Azərbaycana minnətdarlığını bildirib

Qambiyanın paytaxtı Banjulun meri Rohi Malik Lou Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə və Bakı şəhərinə təşəkkürünü bildirib.

"Report" xəbər verir ki, o, bu barədə forumun bağlanış mərasimində bildirib.

"Səmimi qəbula, şəhərlərimiz və icmalarımız üçün belə mühüm bir məqamda bizi bir araya gətirdiklərinə görə Azərbaycan hökumətinə və Bakı şəhərinə təşəkkür edirəm", - o qeyd edib.

R.Lou, həmçinin BMT baş katibinin müavini Amina Mohammada və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbaxa liderliyə, mənzil hüququna və inklüziv çoxtərəfli əməkdaşlığa sadiqliyə görə minnətdarlığını bildirib.

O əlavə edib ki, Qambiya hökumət forumun işində dəstəyə görə WUF13-ün iştirakçı dövlətlərinə minnətdardır.