Prezident İlham Əliyevin IsDB toplantısında çıxışı xarici investorlar üçün siqnal oldu - RƏY
- 20 iyun, 2026
- 12:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun (IsDB) 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimindəki çıxışı xarici investorlar üçün siqnal oldu.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərli deyib.
Onun sözlərinə görə, dövlət başçısının çıxışı əsasən Azərbaycanın iqtisadi nailiyyətlərini, beynəlxalq əməkdaşlıqdakı rolunu və İslam dünyası ilə əlaqələrinin inkişafı üzərində qurulmuşdu:
Deputat bildirib ki, Prezident İlham Əliyev İslam İnkişaf Bankının Azərbaycanda həyata keçirilən layihələrə və islahatlara verdiyi dəstəyi yüksək qiymətləndirib:
"Eyni zamanda, tədbirdə "Qarabağ suvarma kanalının yenidən qurulması" layihəsi üzrə Çərçivə sazişi, "Qarabağ suvarma kanalının yenidən qurulması" layihəsi üzrə Qrant Sazişi və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İslam İnkişaf Bankı arasında Azərbaycan Respublikası üçün Üzv Ölkə Tərəfdaşlıq Strategiyasının hazırlanmasına dair Anlaşma Memorandumu" imzalanıb. Bu sənədlərin imzalanması əməkdaşlığın daha da yüksəlməsindən xəbər verir. İslam İnkişaf Bankı ilə Azərbaycan arasında əməkdaşlıq uzun illərdir davam edir və bu müddət ərzində müxtəlif layihələr həyata keçirilib. İslam İnkişaf Bankı Qarabağda avtomobil yolları, nəqliyyat infrastrukturu və hətta dəmir yolları da daxil olmaqla bir çox sahələrdə Azərbaycan höküməti ilə əməkdaşlıq edib. İndi tədbirdə imzalanan sənədlər əməkdaşlığın əhatə dairəsini genişləndirməklə yanaşı, inkişafının da davamlılğını təmin edəcək".