Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Xarici siyasət
  • 21 noyabr, 2026
  • 14:53
Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır.

"Report"un Hanoya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından verilən rəsmi nahar zamanı çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, keçən il Prezident To Lamın Azərbaycana dövlət səfəri zamanı qəbul edilən "Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat" ikitərəfli əlaqələri keyfiyyətcə yeni pilləyə qaldırıb.

44 filmi