Prezident İlham Əliyev perulu həmkarını təbrik edib
Xarici siyasət
- 28 iyul, 2025
- 11:15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti xanım Dina Ersilia Boluarte Zeqarraya təbrik məktubu göndərib.
"Report"un məlumatına görə, mətndə deyilir:
"Hörmətli xanım Prezident,
Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, Azərbaycan ilə Peru arasında münasibətlər xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Son xəbərlər
00:23
Foto
Video
Kürdəmirdə avtomobil aşıb, xəsarət alanlar var
Hadisə00:10
Ukraynalı uşaqlar reabilitasiya üçün Bakıya gəliblər
Xarici siyasət00:08
Foto
DÇ-2026: Portuqaliya - İspaniya oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
Futbol23:48
Venesuelada zəlzələ qurbanlarının sayı 3 500-ü keçib
Digər ölkələr23:44
Azərbaycanın deputatları Haaqa meri ilə görüşüblər
Xarici siyasət23:31
Makron Suriyada rəsmi səfərdədir
Digər ölkələr23:19
Qəzza zolağında HƏMAS-ın təlim idarəsinin komandiri öldürülüb
Digər ölkələr23:05
Kubanın 10 milyon sakini işıqsız qalıb
Digər ölkələr22:50