Ukraynalı uşaqlar reabilitasiya üçün Bakıya gəliblər
- 07 iyul, 2026
- 00:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukraynalı uşaqlar reabilitasiya proqramı çərçivəsində Bakıya gəliblər.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X" sosial şəbəkə hesabında yazıb.
"Ukraynalı 30 uşaqdan ibarət qrup növbəti iki həftəni Azərbaycanda xoş keçirmək üçün reabilitasiya proqramı çərçivəsində bu gün Bakıya gəlib", - o bildirib.
Səfirin sözlərinə görə, indiyədək 662 ukraynalı uşaq bu proqramdan yararlanıb: "Azərbaycana xoş gəlmisiniz".
New group of 30 children of Ukrainian rescuers 🇺🇦 today arrived in Baku under fully covered rehabilitation programme offered by Azerbaijan 🇦🇿 to enjoy next two weeks in Azerbaijan. 662 Ukrainian children have so far benefited from the program. Welcome to Azerbaijan!
— Seymur Mardaliyev (@SMardaliyev) July 6, 2026
🇦🇿🤝🇺🇦 pic.twitter.com/IrJklPxNkQ