DÇ-2026: İspaniya Portuqaliya üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib - YENİLƏNİB-4

Futbol
  • 07 iyul, 2026
  • 01:02
DÇ-2026: İspaniya Portuqaliya üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib - YENİLƏNİB-4

Futbol üzrə dünya çempionatında İspaniya Portuqaliyanı məğlub edib.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən 1/8 final mərhələsinin matçında ispanlar minimal hesablı qələbəyə sevinib - 1:0.

Matçda 90+1-ci dəqiqədə Mikel Merino dəqiq zərbə müəllifi olub.

Bu qələbədən sonra 1/4 finala yüksələn İspaniyanın növbəti rəqibi ABŞ - Belçika cütünün qalibi olacaq.

Futbol üzrə dünya çempionatının Portuqaliya - İspaniya oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən 1/8 final mərhələsinin matçında İspaniya hesabı açıb - 1:0.

90+1-ci dəqiqədə Mikel Merino dəqiq zərbə müəllifi olub.

Futbol üzrə dünya çempionatının Portuqaliya - İspaniya oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən 1/8 final mərhələsinin matçında hesab açılmayıb - 0:0.

Qarşılaşmanı ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir.

Futbol üzrə dünya çempionatının Portuqaliya - İspaniya oyununda ilk hissə bitib.

"Report"un məlumatına görə, Dallas stadionunda keçirilən 1/8 final mərhələsinin matçında hesab açılmayıb - 0:0.

Qarşılaşmanı ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir.

Futbol üzrə dünya çempionatının Portuqaliya - İspaniya oyunu başlayıb.

"Report"un məlumatına görə, 1/8 final mərhələsinin matçı Dallas stadionunda keçirilir.

Qarşılaşmanı ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir.