Prezident İlham Əliyev Bəhreynin kralına təbrik məktubu göndərib
Xarici siyasət
- 16 dekabr, 2022
- 07:04
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib.
"Report" xəbər verir ki, məktubda deyilir:
"Əlahəzrət,
Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı yetirirəm.
İnanıram ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Bəhreyn xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Son xəbərlər
01:36
Azərbaycan səfiri etimadnaməsinin surətini Kosta Rikanın xarici işlər nazirinə təqdim edib
Xarici siyasət01:00
Con van den Brom: "Bəzi futbolçular "Qarabağ"la matçda səviyyələrindən aşağı oynadılar"
Futbol00:33
Qurban Qurbanov: "Futbolçular "Tvente" ilə oyunda çox güc sərf etdilər"
Futbol00:11
Konqoda Eboladan ölənlərin sayı 2 476 nəfərə çatıb
Digər ölkələr23:53
Video
UEFA Konfrans Liqası: "Qarabağ" Niderlandda "Tvente"ni məğlub edib - YENİLƏNİB-4
Futbol23:44
UEFA və dünya konfederasiyaları İnfantinoya etimadsızlıq votumu irəli sürə bilər
Futbol23:43
Video
Mahir Emreli "Rakuv"da növbəti qolunu vurub
Futbol23:25
Serbiyada növbədənkənar parlament seçkilərinin vaxtı açıqlanıb
Digər ölkələr23:13