Prezident İlham Əliyev ABŞ-ın Etnik Anlaşma Fondunun prezidentini qəbul edib - YENİLƏNİB

Xarici siyasət
  • 20 dekabr, 2017
  • 12:33
Prezident İlham Əliyev ABŞ-ın Etnik Anlaşma Fondunun prezidentini qəbul edib - YENİLƏNİB

Bakı. 20 dekabr. REPORT.AZ/ Söhbət zamanı Prezident İlham Əliyevin Nyu-York şəhərində ABŞ Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayerlə görüşü məmnunluqla xatırlanıb.

Görüşdə Bakıda keçiriləcək “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” beynəlxalq konfransının müxtəlif xalqların və millətlərin bir-birinə daha da yaxınlaşması və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycanda multikulturalizmin dövlət siyasətinin prioritet sahələrindən biri olduğu bildirilib, bütün dinlərin və mədəniyyətlərin nümayəndələrinin, o cümlədən yəhudi icmasının ölkəmizdə dostluq şəraitində birgə yaşadığı məmnunluqla qeyd edilib.

Görüşdə həmçinin Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin uğurlu inkişaf etdiyi vurğulanıb.


*** 15:19

Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 20-də Amerika Birləşmiş Ştatlarının Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib.

"Report"un məlumatına görə, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.  

44 - Tezliklə