Polineziyalı partiya funksioneri: "Fransa gənclərimizi oğurlayır, xaricdəki müstəmləkəçi ordusuna cəlb edir"

Xarici siyasət
  • 20 oktyabr, 2023
  • 07:00
Polineziyalı partiya funksioneri: Fransa gənclərimizi oğurlayır, xaricdəki müstəmləkəçi ordusuna cəlb edir

"Fransa gənclərimizi oğurlayır, xaricdəki müstəmləkəçi ordusuna cəlb edir".

"Report" xəbər verir ki, bunu Polineziyanın müstəqilliyi uğrunda mübarizə aparan "Tavini huiraatira" partiyasının nümayəndəsi Heynui Le Kai (Heinui Le Caill) Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Polineziya xalqı apardığı mübarizə sayəsində müstəmləkəçi Fransadan iqtisadi və siyasi suverenlik əldə edib: "Bizə borcludur, amma borcunu ödəmir. Bizim müstəqillik tərəfdarı olan partiyamız 40 ildir müstəmləkəçiliyə qarşı mübarizə aparır və buna son qoyulmasını istəyir. BMT müstəmləkəçiliyin aradan qaldırılması ilə bağlı böyük rol oynayıb. Ölkəmiz 1940-cı illərdə qeyri-muxtar ölkələr siyahısına salınmışdı. Amma Fransa 1947-ci ildə bizi siyahıdan çıxardı. Sonra yenidən həmin siyahıya salındıq, amma indi Fransa dövləti müstəqil olmamağımız üçün bizi yenidən siyahıdan çıxarmağa çalışır".

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edir.

BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.

44 filmi