Pərvanə Vəliyeva: Avropanın kolonial gücləri müstəmləkə ərazilərində urbisid həyata keçirir

Xarici siyasət
  • 19 may, 2026
  • 11:35
Pərvanə Vəliyeva: Avropanın kolonial gücləri müstəmləkə ərazilərində urbisid həyata keçirir

Avropanın kolonial gücləri müstəmləkə ərazilərində urbisid həyata keçirir.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəmləkəçilikdən əziyyət çəkən xalqlara qlobal problemlərin həllində dəstək olur:

"Bakı Təşəbbüs Qrupu bu istiqamətdə unikal işlər həyata keçirir. Həmin xalqların nümayəndələri, təşkilatları, akademik dairələri, beyin mərkəzləri məhz Bakı Təşəbbüs Qrupunun ətrafında birləşərək öz səslərini dünyaya çatdırmağa çalışırlar".

Deputat bildirib ki, Fransız Polineziyasında atom sınaqlarının həyata keçirilməsi urbanizasiyaya mənfi təsir göstərir:

"Məsələn, Yeni Kaledoniyada nikel istismarının hədsiz dərəcədə kustar üsullarla həyata keçirilməsi bütün şəhər infrastrukturunu məhv edir. Bakı Təşəbbüs Qrupu COP29 zamanı da bu məsələləri gündəmə gətirib. Vurğulanıb ki, Avropanın kolonial gücləri bu ərazilərdə ətraf mühitə qarşı nəinki ekoloji terror, hətta urbisid həyata keçirir".

44 - Tezliklə