Özbəkistan COP29 iqlim konfransının nəticələrini dəstəkləyir

Xarici siyasət
  • 04 iyul, 2025
  • 13:51
Özbəkistan COP29 iqlim konfransının nəticələrini dəstəkləyir

Bakıda keçirilən COP29 iqlim konfransının bütün uğurlu nəticələrini dəstəkləyirik.

"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci sammitində bildirib.

"Diqqətinizi daha bir məsələyə cəlb etmək istəyirəm. Qlobal iqlim gündəliyi məsələlərində səyləri və cəhdləri birləşdirmək vacibdir. Bakıda uğurla keçirilmiş COP29 qlobal iqlim sammitində əldə edilmiş öhdəliklərin və razılaşmaların tam həyata keçirilməsini dəstəkləyirik", - Ş.Mirziyoyev bildirib.

Onun sözlərinə görə, bunu nəzərə alaraq Özbəkistan ECO çərçivəsində əhalisiz zonalarda meşələrin və istirahət zonalarının yaradılması üçün transsərhəd "yaşıl proqram" hazırlamağı təklif edir.

44 - Tezliklə