İranın öldürülmüş ali liderini yamsılayan aktyor barəsində cinayət işi başlanıb

Region
  • 16 oktyabr, 2026
  • 15:43
İranın öldürülmüş ali liderini yamsılayan aktyor barəsində cinayət işi başlanıb

Tehran şəhər prokurorluğu İranın öldürülmüş ali rəhbəri ayətullah Seyid Əli Xameneni yamsılayan aktyor, bloger və komediyaçı Səid Şakibaya qarşı cinayət işi başlanıb.

"Report" xəbər verir ki, məlumatı İran mediası yayıb.

Məlumata görə, yamsılamaqla bağlı video paylaşılandan 24 saatdan az müddət sonra ona qarşı cinayət işi qaldırılıb. Bildirilib ki, aktyorun "Instagram"dakı paylaşımları silinib.

Səid Şakibaya qarşı irəli sürülən ittihamlar, onun vəziyyəti barədə məlumat yayılmayıb.

İran İnqilab Keşikçiləri Korpusuna bağlı informasiya vasitələri isə Şakibanı Seyid Əli Xameneini və onun ailəsini təhqir etməkdə günahlandırıb. Sepahın mediası bunun "yumor və zarafat aləminin tələbləri ilə heç bir əlaqəsi olmadığını" yazıb və onu "təhqirlər, istehzalar və küfr" ehtiva edən kimi xarakterizə edib.

Mediada Səid Şakiba ilə "lazımi qaydada məşğul olunduğu" vurğulansa da, konkret nə baş verdiyi dəqiqləşdirilməyib.