Nyu-York meri Türkiyəyə başsağlığı verib - FOTO
- 10 fevral, 2023
- 23:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Nyu-York şəhərinin meri Erik Adams Bruklin səmtində yerləşən Sultan Əyyub məscidini ziyarət edib və türk icmasının humanitar yardım fəaliyyətləri ilə tanış olub.
"Report"un ABŞ bürosu xəbər verir ki, şəhər merini Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Reyhan Özgür məsciddə yardımların toplanması üçün qurulan məntəqədə qarşılayıb.
Mer R.Özgürə və türk icmasına başsağlığı verib, Türkiyədə baş verən təbii fəlakət nəticəsində çoxsaylı insan təlafatının olmasından dərin kədər hissi keçirdiyini deyib.
Özünü türklərin dostu adlandıran E.Adams şəhər bələdiyyəsinin humanitar fəaliyyətlərdə türk icmasına bütün lazımı dəstəyi verməyə hazır olduğunu dilə gətirib.
R.Özgür hazırkı vəziyyət və ehtiyaclar barəsində şəhər merini məlumatlandırıb. Konsul toplanan yardımların mütəmadi olaraq hər gün karqo təyyarələri vasitəsi ilə Türkiyəyə göndərildiyini və önümüzdəki günlərdə də, bu fəaliyyətlərin davam etdiriləcəyini deyib.