Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 9-cu Dayanıqlı İnkişaf Sammitində tərəfdaş kimi iştirak edir

Xarici siyasət
  • 13 oktyabr, 2025
  • 09:32
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 9-cu Dayanıqlı İnkişaf Sammitində tərəfdaş kimi iştirak edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi "The Economist" jurnalının 9-cu Dayanıqlı İnkişaf Sammitində tərəfdaş kimi iştirak edir.

"Report" xəbər verir ki, "The Economist" jurnalının təşkilatçılığı ilə keçiriləcək Cənub Şərqi Avropa və Aralıq dənizi üzrə 9-cu Dayanıqlı İnkişaf Sammiti (The Ninth Sustainability Summit for SE Europe & the Mediterranean) bu il "Uğursuz olan yaşıl keçid arasında yeni bir tarazlıq axtarışı" mövzusu ilə baş tutacaq.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ikinci il olaraq ənənəvi keçirilən toplantıya tərəfdaşlıq edir. Hər il Yunanıstanın paytaxtında keçirilən sammitdə dünyanın müxtəlif ölkələrindən siyasətçilər, beynəlxalq təşkilat rəhbərləri, alimlər və biznes liderləri iqlim böhranı, yaşıl keçidin çağırışları və dayanıqlı inkişaf məsələlərini müzakirə etmək üçün bir araya gəlir.

Qeyd edək ki, sammitdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri- BMT Baş Assambleyasının 77-ci Sessiyasının Prezidenti Ksaba Korosi, Ukraynanın sabiq birinci xanımı (2005–2010) Katerina Yuşşenko, Bolqarıstanın sabiq Prezidenti (2012–2017) Rozen Plevneliev, BMT Baş Assambleyasının 75-ci Sessiyasının Prezidenti Volkan Bozkır, eləcə də COP21-in Vitse-prezidenti Hakima El Haiti və Avropa ittifaqının sabiq Ali komissarı Dimitris Avramopoulos iştirak edir.

Mərkəzin üzvləri sammit çərçivəsində COP29-un nəticələri, 2026-cı ildə keçiriləcək XIII Global Bakı Forumu və XIII Dünya Urban Forumuna hazırlıq mərhələsi haqqında panel müzakirləri edəcəklər.

Son xəbərlər

Bütün Xəbər Lenti