Serbiya Maliyyə Nazirliyi: Rusiyanın NIS-dəki payı Macarıstanın MOL şirkətinə satılacaq

Energetika
  • 21 oktyabr, 2026
  • 12:12
Serbiya Maliyyə Nazirliyi: Rusiyanın NIS-dəki payı Macarıstanın MOL şirkətinə satılacaq

ABŞ sanksiyaları altında olan Rusiya-Serbiya şirkəti "Serbiya Neft Sənayesi"nin (NIS) səhmlərinin nəzarət zərfinin Macarıstanın neft-qaz şirkəti MOL-a satılması haqqında müqavilə imzalanıb.

"Report" xəbər verir ki, bu barədə Serbiyanın Baş nazirinin birinci müavini və maliyyə naziri Sinişa Mali "Bloomberg Adria" agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, indi bunun Serbiya və Bosniya antimonopoliya orqanları tərəfindən razılaşdırılması tələb olunur:

"Ən böyük səhmdar olan Rusiya tərəfi ilə Macarıstanın MOL şirkəti arasında müqavilə imzalanıb. Biz Macarıstan tərəfi ilə səhmdarlar sazişi bağladıq. Antimonopoliya komissiyalarının razılığını almaq qalıb".

Söhbət Rusiya tərəfinə məxsus olan 56,15 %-lik nəzarət zərfinin satılmasından gedir. Yekunda bu satışı ABŞ hakimiyyəti də təsdiqləməlidir.