Nikorn Soemklanq: WUF13 iştirakçıları foruma tam ciddi yanaşırlar
- 17 may, 2026
- 12:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak edən milli nümayəndə heyətlərinin rəhbərlərinin və üzvlərinin əksəriyyəti yüksək məsuliyyət hissi və qlobal urbanistika gündəliyinə ciddi münasibət nümayiş etdirirlər.
Bunu Tailandın sosial inkişaf və insan təhlükəsizliyi naziri Nikorn Soemklanq WUF13 çərçivəsində "Report"a açıqlamasında bildirib.
WUF13-dən gözləntiləri barədə danışan nazir qeyd edib ki, Yeni Şəhər Gündəliyinin beynəlxalq səviyyədə daha fəal şəkildə irəli aparılmasına və qəbul edilmiş qərarların həyata keçirilməsinin gücləndirilməsinə ümid edir.
"Qlobal səviyyədə yeni gündəliyi daha fəal şəkildə irəli apara, planları həyata keçirə biləcəyimizə ümid edirəm", - Soemklanq deyib.
Onun sözlərinə görə, Tailand hakimiyyəti aztəminatlı vətəndaşların və mənzili olmayan işçilərin dəstəklənməsinə xüsusi diqqət yetirir.
"Xüsusilə Tailandda aşağı gəlirli insanlar və mənzili olmayan işçilər üçün mühüm proqramlarımız var", - nazir qeyd edib.
O, həmçinin vurğulayıb ki, Tailand sosial cəhətdən həssas əhali kateqoriyalarının mənzillə təminatı istiqamətində səylərini daha da artırmaq niyyətindədir.